Onlar ARDNŞ-in işçiləridi
Simsar.az-ın məlumatına görə, yatağın 3-cü özülündə bədbəxt hadisə nəticəsində 2 nəfər ölüb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Simsar.az-a məlumatı təsdiqləyib. O bildirib ki, ölənlər neft şirkətinin işçiləridir.
Faktla əlaqədar araşdırmalar başlanılıb.