Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Azərbaycandan göndərilən yardım karvanı Vana çatıb

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyənin Van vilayətinə yola salınmış 40 avtomobildən ibarət yardım karvanı bu gün zəlzələdən zərər çəkmiş bölgəyə çatıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, hazırda çatdırılmış yardım aidiyyəti üzrə təhvil verilir.


Prezident İlham Əliyevin göstərişinə əsasən, Türkiyəyə avtomobil karvanı ilə 1000 ədəd çadır (hər biri 24 kv.m), 40 generator, 40 dəst mətbəx ləvazimatı və 2000-dən artıq ədyal yola salınıb.

Bununla da, Fövqəladə Hallar Nazirliyi tərəfindən ümumilikdə 1250 ədəd çadır, 700 səhra yataq dəsti, 5000-dən artıq ədyal, 2000 yataq dəsti, 40 generator, 40 dəst mətbəx ləvazimatı və 2 səhra mətbəxi təbii fəlakətdən zərər çəkənlərə çatdırılıb. Əvvəlki yardımlar təyyarələrlə göndərilib.


Qeyd edək ki, Azərbaycan FHN-in xilasediciləri də Van bölgəsində oktyabrın 24-dən xilasetmə əməliyyatlarına başlayıblar. Onlar indiyədək dağıntılar altından 12 nəfəri xilas edib, 60 cəsəd çıxarıblar.
Van bölgəsində zəlzələ oktyabrın 23-də baş verib. Rəsmi məlumatlara görə, 576 nəfər ölüb, 2608 nəfər yaralanıb.






29 Oktyabr, 2011  20:34 Baxılıb: 916 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner