Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Azərbaycan Qarabağ problemini BMT Təhlükəsizlik Şurasının gündəminə gətirə bilər”

“Azərbaycanın BMT-nin beynəlxalq sülh və təhlükəsizlik məsələləri ilə məşğul olan ən ali orqanına üzv seçilməsi mühüm hadisədir”

“Azərbaycan Dağlıq Qarabağ problemini BMT Təhlükəsizlik Şurasının gündəminə gətirə bilər, ancaq bunun üçün doğru zamanın seçilməsini müzakirə etmək lazımdır”.
Bunu ABŞ-ın Orta Şərq və Avrasiya Təhlükəsizlik Məsələləri üzrə analitiki, Tennessi Texnologiya Universitetinin Siyasi elmlər üzrə professoru Maykl Günter APA-nın Vaşinqton müxbirinə açıqlamasında deyib.


O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin mühüm hadisə olduğunu bildirib: “Bu çox önəmli addımdır. Çünki Təhlükəsizlik Şurası BMT-nin beynəlxalq sülh və təhlükəsizlik məsələləri ilə məşğul olan ən ali orqanıdır”.


Veteran analitik inanır ki, Azərbaycan BMT TŞ-nin üzvü olmaqla, ən ali şuraların sülh və müharibə məsələləri üzrə fəaliyyətlərinə öz töhfəsini verəcək: “Belə bir mövqe ehtiyatlı və ağıllı siyasət tələb edir, həmçinin Azərbaycana Dağlıq Qarabağ və İslam məsələləri ilə bağlı mövzulara beynəlxalq siyasətdə daha ciddi diqqət cəlb etməyə imkan yaradır”.

Professor ümid edir ki, Qərb gücləri Rusiya və Çin də daxil olmaqla, Azərbaycan kimi müasir İslam dövlətinin dünyada sülh və sabitliyin qorunması, eyni zamanda qlobal məsələlərdə vaxtaşırı gərginliklərə səbəb olan yoxsulluq və ədalətsizlik kimi problemlərin həlli istiqamətində fəaliyyətini yüksək qiymətləndirəcək.






29 Oktyabr, 2011  18:31 Baxılıb: 743 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner