Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MİSİR MƏRDANOV AZƏRBAYCANIN GƏLƏCƏYİNƏ PROQNOZ VERDİ

Təhsil naziri qlobollaşmanın gücünə diqqət çəkdi

Azərbaycan Müəllimlər İnstitutunda “Müəllim hazırlığının müasir problemləri” mövzusunda ikigünlük beynəlxalq elmi konfrans keçirilib.

Təhsil Nazirliyinn mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, konfransda Türkiyə, Rusiya, Fransa, Ukrayna və Gürcüstandan gəlmiş nümayəndələr, respublikamızın ali məktəblərinin təmsilçiləri iştirak ediblər.

Tədbirdən əvvəl iştirakçılar institutda yaradılmış Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Konfransı giriş sözü ilə Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı açaraq iştirakçıları salamlayıb. A.Naxçıvanlı rəhbərlik etdiyi təhsil müəssisəsinin yaranma tarixi, fəaliyyəti haqqında məlumat verib, mövcud problemlərdən və bu tədbirin əhəmiyyətindən danışıb.

Təhsil naziri Misir Mərdanov belə bir beynəlxalq konfransın Azərbaycan Müəllimlər İnstitutunda keçirilməsinin önəmini vurğulayıb. Konfransın müəllim hazırlığının müasir problemlərinə həsr olunduğundan söz açan nazir bildirib ki, hər bir ölkənin gələcəyi məktəbin və müəllimin bugünkü qlobal çağırışlara necə cavab verməsindən asılıdır.

O, hazırda ali məktəblərin qarşısında yeni nəsil müəllimlərin hazırlanmasının, pedaqoji kadrların ixtisasartırmasının müasir və daha səmərəli modelinin yaradılması kimi mühüm vəzifələr qoyduğunu deyib. Nazir bunun üçün elmin müasir nailiyyətlərindən və informasiya texnologiyalarından istifadə etməklə müəllim kadrlarının hazırlanması sahəsində yeni innovasiyaların işlənilməsinə yönəlmiş ciddi tədqiqatların aparılmasının vacibliyini diqqətə çatdırıb.






29 Oktyabr, 2011  17:20 Baxılıb: 1248 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner