Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Naxçıvan da Vana yardım etdi

Yardımın ümumi dəyəri 170 min dollardır

Naxçıvan Muxtar Respublikasından Türkiyənin Van bölgəsində zəlzələdən zərər çəkənlərə yardım göndərilib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 4 TIR avtomobilindən ibarət yardım karvanı bu gün Vanda zəlzələ bölgəsinə çatdırılıb.


Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanov jurnalistlərə bildirib ki, Naxçıvandan göndərilən yardım karvanı ilə Vana 60 ton yardım yola salınıb. Bu yardımların ümumi dəyəri 170 min ABŞ dollarıdır.


Naxçıvan şəhərində Vana yardım məqsədi ilə bank hesabının açıldığını deyən baş konsul bu hesaba artıq 55 min dollar vəsait toplandığını, yaxın vaxtlarda həmin yardımın zəlzələdən zərər çəkənlərə çatdırılacağını vurğulayıb.






29 Oktyabr, 2011  16:44 Baxılıb: 898 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner