Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

SARAY ZÜLMƏTDƏ

Saray qəsəbəsində qaz, işıq yoxdur, yollar da pis gündə

“Saray qəsəbəsində hər gün gecələr işıqlar söndürülür, qaz da yaxşı verilmir. Bunlar azmış kimi yağış yağdığı zaman yollardan keçmək də mümkün deyil, palçıq dizdəndir”.
Bu ifadələr aylardır əziyyət çəkən qəsəbə sakinlərinin ümumi fikirləridir. Onlar Simsar.az-ın əməkdaşına deyiblər ki, hər yerdə qışa yüksək səviyyədə hazırlıq getdiyi elan olunsa da, qəsəbədə bunun əksi baş verir.
“Artıq qış gəlməmiş başlayıblar işıqlarımızı söndürməyə. Elə gün olmaz ki, işıqlarımız sönməsin. Üstəlik qaz da yoxdur. Gələn qaz da elə zəifdir ki, cay qaynatmaq üçün bir gundən də cox gözləmək lazım gəlir. Qəsəbənin yolları da bərbad gündə. Düzdür qəsəbənin içindəki mərkəzi yola yaxşı asfalt salındı. Amma digər yollara çınqıl vermədilər ki, yağışlı gündə heç olmasa dizə qədər palçığa batmayaq. Qəsəbəyə nədənsə yad münasibət bəslənilir” – qəsəbə sakinlərinin dediklərindən.
“Aidiyyatı qurumlara müraciət etmisinizmi” sualına onlar bir ağızdan belə cavab verdilər: “Hara, kimə müraciət edək?.. Bir dəfə yolla bağlı müraciət etdik, dedilər, gedin cibinizdən pul qoyun, düzəltdirin”.
Sakinlərin şikayətlərini müvafiq qurumlara çatdırmaq istəsək də şənbə günü olduğundan telefonlarımıza cavab verilmədi. Mövzunu diqqətdə saxlayacağıq.






29 Oktyabr, 2011  16:41 Baxılıb: 931 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner