Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

SABİR RÜSTƏMXANLININ QLOBOLLAŞMAYA QARŞI HAYQIRTISI

“Dünyada bir güc ağalıq etmək xətti tutub, biz bununla razılaşa bilmərik” 

Millət vəkili Sabir Rüstəmxanlı dünən Bakıda keçirilən Türkdilli Ölkələrin və Toplumların II Media Forumunda çıxışı zamanı dünyanın müasir siyasətinə qarşı kəskin fikirlər səsləndirib.
Millət vəkili deyib ki, hazırda dünyanı caynağına alan qlobollaşma millətləri əzmək üçün maşındı: “Qlobollaşma heç vaxt demokratiya ola bilməz. Dünyada bir güc ağalıq etmək xətti tutub, biz bununla razılaşa bilmərik”.
Türk xalqlarını birliyə çağıran S.Rüstəmxanlı parçalanma nəticəsində qlobollaşma maşınının təkərləri altında əzilmə təhlükəsinə də diqqət çəkib: “Biz türkdilli xalqlar yox, türk dövlətləriyik. Türk dövlətlərinin bir dili var-Türk dili. Kİmsə öz dilini bilmirsə, bu, onun günahıdı. Bütün tarix boyu türkləri Cindən başlamış Rusiyaya qədər, farslar, ermənilər yer üzündən silmək istəyib, amma bacarmayıblar. Biz bu gücü bir araya gətirə bilsək, qlobollaşma pərdəsi altında bizə “demokrtaiya” gətirənlərin qarşısında duruş gətirə bilərik”.

Anar






29 Oktyabr, 2011  16:11 Baxılıb: 967 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner