Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

"Bolşoy Teatr" açıldı

Teatr 6 il çəkən bərpa işlərindən sonra qapılarını tamaşaçıların üzünə açıb

Rusiyada "Bolşoy Teatr" altı illik bərpa işlərindən sonra yenidən açılıb. 2005-ci ildə təmirə bağlanan "Bolşoy Teatr"- ın ərazisi bu müddət ərzində 80 min kvadrat metrədək genişləndirilib. Səhnə altımərtəbəli bina həcmində olub və tamamilə kompyuterləşdirilib. 19 əsrin interyeri üzərində iş görülüb. Kommunist idarəçiliyi dövründə sadələşdirilən və ya ləğv edilən bir çox elementlər bərpa edilib. İnteryerin qızıl suyu ilə bəzədilməsinə isə bir il ərzində bütün Rusiyadan 156 mütəxəssis cəlb olunub və onlar 981 kvadrat metr əraziyə 4.5 kiloqram qızıl sərf ediblər. Bərpa işlərinin ən gərgin hissəsi isə binanın bünövrəsinin və eroziya nəticəsində zəifləmiş divarların möhkəmləndirilməsindən ibarət olub. Bərpa işlərinə 700 milyon dollar vəsait sərf olunub.

Açılış mərasimi yüksək rütbəli rəsmilərin iştirakı ilə qala konsertlə başlayıb. Səhnəyə ilk çıxan isə Rusiya prezidenti Dmitriy Medvedev olub. Bərpa işlərinə şəxsən nəzər salan Rusiya dövlət başçısı onu 1853-cü ildə baş vermiş dağıdıcı yanğından sonra aparılan bərpa işləri ilə müqayisə edib. Dmitriy Medvedev bərpa olunmuş və texniki baxımdan müasirləşdirilmiş "Bolşoy Teatr"- ın öz üslub və çoxillik ənənəsini qoruyub saxlayacağına əminlik ifadə edib.






29 Oktyabr, 2011  15:58 Baxılıb: 1040 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner