Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Soyqrım Kompleksi gələn ilə qaldı

Sümüklərin vəziyyəti yaxşı deyil

Dövlət başçısının sərəncamı ilə inşa edilən Quba Soyqırımı Memorial Xatirə Kompleksi gələn ilin ortalarında hazır olacaq. Bunu şənbə günü Trend-ə Quba soyqırımı ekspedisiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev bildirib.

Onun sözlərinə görə, kompleksin tikintisi davam etdirilsə də, ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutu olan Quba məzarlığındakı sümüklərin vəziyyəti yaxşı deyil, onlar çürüyür. Hazırda məzarlıqdakı sümüklərin çürüməsinin qarşısı primitiv üsulla alınır.

Ekspedisiya rəisi deyib ki, məzarlığın arxlarındakı sümüklərin 70 faizi - 7 minə yaxını çürüməmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən dərmanlanıb. Məzarlıqda quyudakı sümükləri götürmək mümkün olmadığından onların yerində dərmanlanması lazımdır, lakin bu iş indiyədək həyata keçirilməyib.

Azərbaycan tarixi üçün çox əhəmiyyətli olan Quba məzarlığı 2007-ci il aprelin 1-də aşkarlanıb. Bu məzarlıq ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutudur.

Məzarlıqdakı ilk quyu baxımsızlıq üzündən 2007-2008-ci illərdə uçub.

Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ilin dekabrında Quba şəhərində Soyqırım Memorial Kompleksinin yaradılması haqqında sərəncam imzalayıb.






29 Oktyabr, 2011  15:46 Baxılıb: 1112 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner