Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

88 YAŞLI TÜRKIYƏ

Qardaş ölkənin cümhuriyyət bayramı Azərbaycanda da qeyd olunur

Bu il oktyabrın 29-da qardaş Türkiyə Cümhuriyyətinin yaranmasının 88-ci ili tamam olur. Bu münasibətlə hər il olduğu kimi, Bakıda “Gülüstan” sarayında rəsmi qəbul təşkil olunacaq. Tədbirə Azərbaycan dövlət rəsmiləri, siyasət, media, mədəniyyət, elm xadimləri, yüksək rütbəli zabitlər, habelə xarici diplomatlar dəvət olunub.

Türkiyə Cümhuriyyəti 1923-cü il, oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisində elan olunub. 1918-ci ildə I dünya müharibəsində Almaniya ilə ittifaqda olan Osmanlı imperiyası müharibənin başa çatması ilə müttəfiq Antanta qüvvələri tərəfindən işğal olunur. Hazırkı Türkiyə ərazisi də daxil olmaqla, Osmanlı torpaqları ingilis, fransız, yunan, amerikalı və sair hərbi qüvvələri tərəfindən işğal olundu. Anadoluda başlayan azadlıq mübarizəsi (Qurtuluş savaşı) çox keçmədən Osmanlı zabiti Mustafa Kamalın (Atatürk) rəhbərliyi altında böyük bir mübarizəyə çevrilir. 1923-cü il, oktyabrın 29-da isə Türkiyə Cümhuriyyəti elan olunur və Atatürk prezident seçilir.

Türkiyənin Van şəhərində baş verən zəlzələ səbəbi ilə ölkə prezidenti Abdulla Gül cümhuriyyət günü münasibətilə hər il verilən ənənəvi qəbulu ləğv edib.

Bu bayram 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) qərarı ilə Osmanlı dövlətinin ləğv edilərək Türkiyə Cümhuriyyətinin elan olunması münasibəti ilə qeyd edilir.


Mustafa Kamal Paşanın rəhbərliyində TBMM-də elan edilən respublikanın ilk prezidenti də Mustafa Kamal (Atatürk) özü olur. 1924-cü ildən etibarən keçirilməyə başlayan bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir. Türkiyənin Cümhuriyyət Günündə Azərbaycanda da bayram ovqatı müşahidə olunur.
Bayramınız Qutlu Olsun!






29 Oktyabr, 2011  15:07 Baxılıb: 1244 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner