Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərib

Azərbaycan prezidenti Türkiyənin baş nazirini ölkəsinin milli bayramı münasibətilə təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin milli bayramı - Respublika günü münasibətilə baş nazir Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məllumata görə, təbrik məktubunda deyilir:

“Sizi və bütün Türk xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Biz Türkiyənin hərtərəfli yüksəlişindən, dünya miqyasında artan nüfuzundan, beynəlxalq məsələlərdə fəal iştirakından böyük məmnunluq duyuruq. Azərbaycan-Türkiyə münasibətləri dərin tarixi köklərə, ortaq mənəvi dəyərlərə malik xalqlarımızın dostluq və qardaşlığından güc alır. Bu cür möhkəm təməllər üzərində yüksələn dövlətlərarası münasibətlərimiz xalqlarımızın sarsılmaz iradəsinin bariz ifadəsidir.
Əminəm ki, qarşılıqlı inam və dəstəyə əsaslanan ikitərəfli münasibətlərimiz regionumuzda sülhün və əmin-amanlığın bərqərar olmasında, ölkələrimizin iqtisadi qüdrətinin artmasında daim mühüm rol oynayacaq.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türk xalqına sülh və rifah diləyirəm”.






29 Oktyabr, 2011  01:59 Baxılıb: 926 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner