Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

BƏƏ Azərbaycana yeni səfir təyin edib

Xarici işlər naziri Elmar Məmmədyarov Salem Xəlifə Əl-Eğfəllə görüşüb

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Salem Xəlifə Əl-Eğfəli qəbul edib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfir ilk öncə Azərbaycan tərəfini BMT Təhlükəsizlik Şurasının 2012 – 2013-cü illər üçün qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib. Səfir bunun Azərbaycan üçün böyük diplomatik qələbə olduğunu söyləyib və ölkəmizə uğurlar arzulayıb. Səfir Salem Xəlifə Əl-Eğfəli həmçinin Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nahyanın salamlarını nazir E.Məmmədyarova çatdırıb.

Öz növbəsində E.Məmmədyarov Azərbaycanın BƏƏ-nin hər zaman dəstəyini hiss etdiyini qeyd edib və Azərbaycan - BƏƏ əlaqələrinin beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli əsaslarda ən yüksək səviyyədə olduğunu bildirib. E.Məmmədyarov təcrübəli səfirin Azərbaycana təyin edilməsinin BƏƏ tərəfindən bizim ölkəyə verilən əhəmiyyətin nəticəsi kimi qeyd edib və səfir Salem Xəlifə Əl-Eğfəlinin təyinatının iki ölkə arasında münasibətlərə töhfə verəcəyinə inandığını vurğulayıb. Nazir E.Məmmədyarov da salamlarını həmkarı Şeyx Abdulla bin Zayed Əl Nahyana yetirib.






28 Oktyabr, 2011  23:30 Baxılıb: 835 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner