Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Seyfülislam Qəddafinin yeri tapıldı

Liviyanın qətlə yetirilmiş devrilmiş lideri Müəmmər Qəddafinin oğlu Seyfülislam Qəddafi Nigerdədir.

Simsar.az-ın verdiyi məlumata görə, bu barədə Almaniyanın “Die Wett” qəzeti məlumat yayıb. 

Qəzet yazıb ki, Seyfülislam Qəddafi və Liviya kəşfiyyat xidmətinin sabiq rəhbəri Abdulla əl-Zenussi tuareg tayfasının silahlılarının müşayiəti ilə Liviyadan Maliyə, oradan da Nigerə keçib və hazırda Nigerdədir. Seyfülislam Qəddafini 12 zirehli maşında olan mühafizəçilər qoruyur.

Mali xüsusi xidmət orqanları Seyfülislam Qəddafi və Abdulla əl-Zenussinin bu ölkənin ərazisindən Nigerə keçməsi barədə məlumatı nə təsdiq, nə də təkzib edib.

Xatırladaq ki, dünən Liviya Milli Keçid Şurası Seyfülislam Qəddafi və Abdulla əl-Zenussinin Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinə təslim olmağa hazır olduqlarını bəyan etmişdi.






28 Oktyabr, 2011  21:10 Baxılıb: 1116 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner