Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İranlı pilot 94 sərnişinin həyatını xilas etdi

Hər kəs pilot Huşanq Şahbazidən danışır

İran KİV-i qabaq şassiləri açılmayan təyyarəni yerə endirərək 133 nəfərin həyatını xilas edən pilotun şəninə təriflər yağdırır. Lent.az-ın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, pilot “Boeing-727”ni ancaq iki arxa təkərin köməyi ilə endirməyə məcbur olub.

İnsident oktyabrın 18-də baş verib. Moskvanın “Şeremetyevo” hava limanından qalxan təyyarə Tehrandakı imam Xomeyni adına hava limanında enməliymiş. Amma təyyarənin qabaq şassiləri açılmayıb və onu ehtiyatdakı “Mehrabat” aerodromuna endirmək barədə qərar qəbul edilib. Bu zaman təyyarədə 94 sərnişin və 19 ekipaj üzvü olub.

Hava limanı əməkdaşları ən pis varianta hazırlaşmağa başlayıblar. Amma pilot Huşanq Şahbazi ustalıq göstərərək 2 təkər üzərində müvazinəti saxlayıb və təyyarəni zərgər dəqiqliyi ilə sağ-salamat yerə endirib. Bu zaman təyyarədəki insanlardan heç birinin burnu belə qanamayıb.






28 Oktyabr, 2011  18:56 Baxılıb: 1143 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner