Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

YAP-ın YEKDİL RƏYİ - İLHAM ƏLİYEV NAMİZƏD OLSUN

Siyavuş Novruzov: "Bu Yeni Azərbaycan Partiyasının üzvü olan bütün insanların yekdil qərarıdır"

Hakim Yeni Azərbaycan Partiyası icra katibuinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov  jurnalistlərə açıqlamasında təmsil etdiyi siyasi qurumun 2013-cü ildə keçiriləcək prezident seçkilərindəki namizədiylə bağllı yekdil rəyə gəldiyini vurğulayıb. S.Novruzov YAP sədrinin müavini - icra katibi Əli Əhmədovun prezident İlham Əliyevin 2013-cü ildəki seçkilərdə yenidən namizəd olacağı ilə bağlı açıqlamasına da münasibət bildirib.

Əməkdaşımızla söhbətində Siyavuş Novruzov Əli Əhmədovun fikirlərini dəstəkləyərək deyib ki, YAP-ın icra katibi hakim partiyanın 560 mindən çox üzvünün istəyini ifadə edib.

Deputatın sözlərinə görə, YAP-ın yekdil mövqeyi belədir ki, 2013-cü ildə keçirləcək prezident seçkilərində İlham Əliyev vahid namizəd olacaq və bununla bağlı qərar dəyişməyəcək.

“Bu Yeni Azərbaycan Partiyasının üzvü olan bütün insanların yekdil qərarıdır”-deyə S.Novruzov Modern.az-a açıqlamasında vurğulayıb.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev bir neçə gün öncə “Əl-Cəzirə” telekanalına müsahibəsində 2013-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək barədə hələ qərara gəlmədiyini bəyan etmişdi.






28 Oktyabr, 2011  18:12 Baxılıb: 822 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner