Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

“Eurovision-2012” Bakını necə dəyişəcək?

“Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar bir sıra iri miqyaslı layihələr həyata keçirilir.

Səbail rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, müsabiqə üçün yeni konsert meydançası – «Bakı-Billur» zalının tikintisi davam edir. Hazırda Bayraq Meydanından mərkəz istiqamətində yeni magistral yol çəkilir, mühəndis-kommunikasiya qurğuları quraşdırılır. Dövlət Bayrağı Meydanı yaxınlığından keçən bu yolun uzunluğu 2,8 kilometr, eni isə 41,5 metr olacaq. Səkkiz hərəkət zolağından ibarət olacaq yeni yol cənub və cənub-qərb istiqamətində nəqliyyatın paytaxta rahat giriş və çıxışını tam təmin edəcək.


Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı Meydanı ətrafından keçən bu hissəsində piyadaların təhlükəsizliyini təmin etmək məqsədi ilə 4 yeni piyada keçidi inşa olunur. İnşaat və dizayn işləri ən müasir standartlara uyğun olaraq, yüksək zövqlə həyata keçirilir. Bakı-Ələt avtomobil yolunun 2-4-cü kilometrliyində aparılan inşaat işləri ilə paralel olaraq, Dənizkənarı Milli Parkın genişləndirilərək Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsi layihəsi də icra edilir.


Həmçinin “Evrovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar “Şəhidlər Xiyabanı” kompleksinin ərazisində də təmir-yenidənqurma işləri aparılır. Burada «Şəhidlər Xiyabanı», Milli Məclis və tikilən «Flame Tower» (Alov Qüllələri) kompleksinin qarşısında uzunluğu 180 m olan çox çıxışlı yeraltı piyada keçidinin inşası yekunlaşmaq üzrədir. Bakı Funikulyorunun əsaslı təmir-yenidənqurması və xiyabanın baxış meydançası və digər tikililər də daxil olmaqla əsaslı təmiri davam etdirilir.


Hazırda paytaxtın mərkəzində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, Parlament prospektində «Flame Tower» (Alov Qüllələri) kompleksinin, Neftçilər prospektində «Four Seasons» və «Mariot» (Yeni Abşeron) mehmanxanalarının, Neftçilər prospekti 66 ünvanda Bakı Elektrik şəbəkəsinin «İçəri şəhər» yarımstansiyası və AKAPEN adlanın ərazidə yeni yarımstansiya üçün binaların, İncəsənət Muzeyinin həyətində muzeyin yeni korpusunun tikintisi aparılır. Neftçilər və Bülbül prospektlərində yeni yeraltı keçidlərin, Azadlıq Meydanında 2 mərtəbəli yeraltı, Fəvvarələr Meydanında yerüstü qarajların inşası başa çatmaq üzrədir.


Qeyd edək ki, bu il Bakıda istifadəyə verilməsi nəzərdə tutulan 6 yeni 5 ulduzlu mehmanxananın 4-ü məhz Səbail rayonunun ərazisində yerləşir.






28 Oktyabr, 2011  17:44 Baxılıb: 1183 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner