Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanda qatarların hərəkət qrafiki dəyişir - CƏDVƏL

Yerli və beynəlxalq istiqamətlərdə hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəlində bəzi dəyişikliklər ediləcək

Payız-qış mövsümünün başlanması ilə əlaqədar oktyabrın 30-dan etibarən «Azərbaycan Dəmir Yolları» QSC-nin beynəlxalq istiqamətlərdə hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəlində bəzi dəyişikliklər ediləcək.

 Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Simsar.az-a bildirib ki, qrafikin dəyişdirilməsində məqsəd dəmir yolu nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin rahatlığının təmin etməkdir. Onun sözlərinə görə, dəyişikliyə əsasən; 

55-56 saylı Bakı-Moskva sərnişin qatarı 31 oktyabr 2011-ci ildə etibarən həftənin I, III, V günləri saat 20:55-də Bakıdan yola düşəcək, həftənin IV, VI, I günləri saat 05:10-da Bakıya çatacaq.

31-31 saylı Bakı-Kiyev sərnişin qatarı həftənin II günləri saat 23:30-da Bakıdan yola düşəcək, həftənin II günləri saat 02:45-də Bakıya çatacaq.

38-37 saylı Bakı-Tbilisi sərnişin qatarı hər gün saat 20:45-də Bakıdan yola düşəcək, hər gün saat 10:20-də Bakıya çatacaq.

313-314 saylı Bakı-Sankt-Peterburq sərnişin qatarı həftənin III günləri saat 23:30-da Bakıdan yola düşəcək, saat 05:10-da Bakıya çatacaq.

369-370 saylı Bakı-Xarkov sərnişin qatarı həftənin IV günləri saat 23:30-da Bakıdan yola düşəcək, həftənin III günləri saat 02:45-də Bakıya çatacaq.

373-374 saylı Bakı-Tümen sərnişin qatarı 30 oktyabr 2011-ci ildən etibarən günaşırı (ayın cüt tarixləri) 05:00-da Bakıdan yola düşəcək, günaşırı (ayın cüt tarixlərində) 0:25-də Bakıya çatacaq.

391-392 saylı Bakı-Rostov sərnişin qatarı həftənin I və VI günləri saat 23:00-da Bakıdan yola düşəcək və həftənin I və VI günləri saat 05:10-da Bakıya çatacaq.

Bundan başqa, yerli istiqamətdə hərəkət edən bəzi qatarların Bakıya çatma vaxtlarında da müəyyən dəyişikliklər ediləcək. Belə ki, 616-615 saylı Bakı-Mingəçevir Ekspress qatarı Bakıya saat 15:02-də deyil, saat 14:53-də, 618-619 saylı Bakı-Astara Ekspress qatarı saat 23:30-da deyil, saat 23:20-də Bakıya çatacaq.






28 Oktyabr, 2011  17:33 Baxılıb: 2125 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner