Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Vüqar Səfərli jurnalistlərə ümid verdi

"Eviniz yaxın günlərdə tikilməyə başlanacaq"

Simsar xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli jurnalistlərə açıqlamasında bildirib. V. Səfərli deyib ki, binanın təməlinin qoyulmasının gecikməsi texniki məsələlərlə bağlıdır: “Mənzillərin və mərtəbələrin sayı ilə bağlı olaraq smeta bir neçə dəfə dəyişdirilib. Bu da vaxtın uzanmasına səbəb olub. Artıq sənədləşmə məsələləri həll olunub. Yaxın günlərdə binanın təməl qoyma mərasimi keçiriləcək və binanın inşasına start veriləcək. Bina tikildikdən sonra meyarlar müəyyənləşəcək və meyarlara uyğun olaraq mənzillər təmirli şəkildə jurnalistlərə təqdim olunacaq”.
İcraçı direktor jurnalistlərin sənədlərini fərdi şəkildə təqdim edəcəklərini açıqlayıb.
V. Səfərli bu ilin sonunda jurnalistlər üçün fərdi müsabiqə təşkil olunacağını da deyib. Onun sözlərinə görə, dekabr ayında gələn il üçün media üzrə qrant layihələrinin təqdimatı elan olunacaq. 2012-ci ilin yanvar ayından etibarən bu layihələr həyata keçiriləcək. V. Səfərli deyib ki, layihələr 19 istiqamət üzrə müəyyənləşəcək.






28 Oktyabr, 2011  17:12 Baxılıb: 871 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner