Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ƏLİ HƏSƏNOV REDAKTORLARA İRAD TUTDU

“Türkdilli dövlətlərin media qurumları gözlənilən səviyyədə əməkdaşlıq qura bilmirlər”

““Türkdilli dövlətlər digər sahələrdə güclü əməkdaşlıq etsə də, media sahəsində əməkdaşlıqda gecikiblər. Bir ovuc erməninin əlində 70 milyonluq türk az qala aciz qalıb. Ermənilər qondarma iddia ilə Türkiyəni dünyanın gözündən salmaq istəyirlər”.
Simsar.az-ın əməkdaşının verdiyi xəbərə görə, bunu
Bakıda keçirilən Türkdilli Ölkələrin və Toplumların II Media Forumun çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov söyləyib.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan və bütün türkdilli dövlətlərin media qurumları bir sıra hallarda xarici mətbuatın təsiri altında fəaliyyət göstərir. Liviyada baş verən hadisələrlə bağlı informasiyalar dünyaya yalnız bir Qərb mətbuatı tərəfindən ötürülüb.

Azərbaycan nazirlərindən biri İsrailə qanunsuz olaraq 100 funt (50 kq) quzu əti keçirmək istəyərkən gömrükdə saxlanılması barədə «Associated Press» agentliyinin xəbərini bütün yerli media yaydı.

“Hörmətli media kapitanları Azərbaycanın maraqlarını nəzərə almadan bu xəbəri verdilər. Nəzərə almadılar ki, nazir çemodanda bu qədər əti apara bilməz. Axı bu qıdər ət nazirin nəyinə lazımdır. Heç kəs bunu araşdırmadı. Transmilli informasiya siyasəti bax budur” deyə, Ə.Həsənov bildirib

Liviya, Suriya və digər ərəb ölkələrində baş verən proseslər barədə “Euronews”, CNN və BBC, o cümlədən Əl-Cəzirə telekanalından məlumat alırıq: “Bununla informasiya siyasətini idarə edirlər. Avropa ölkələrinin siyasəti “Euronews”, ABŞ-ın siyasəti CNN vasitəsi ilə təbliğ edilir. Təsəvvür edin ki, yalandan yazıblar ki, bir azərbaycanlı nazirin çantasından 50 kiloqram ət tapılıb. Belə də yalan olar! Ona görə edirlər ki, Azərbaycan “Eurovision” kimi bir mahnı müsabiqəsində qalib gəldi. Yaxud Qazaxıstanın ATƏT sədri olmasından yararlana bildikmi, bununla bağlı ölkəmizdə təbliğat apara bildikmi? Yox. İndi Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Biz bu imkandan da birgə istifadə etməliyik”.






28 Oktyabr, 2011  15:23 Baxılıb: 1472 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner