Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Meksikada Nizami Gəncəvənin heykəli ucaldılacaq

Akapulko şəhərində heykəlin təntənəli təməl qoyma mərasimi keçirilib

Meksikanın Akapulko şəhərində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin heykəlinin təntənəli təməlqoyma mərasimi keçirilib. Azərbaycanın Meksikadakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, təməlqoyma Azərbaycan Respublikasının Müstəqilliyinin bərpa olunmasının 20 illik yubiley tarixinin qeyd edilməsi çərçivəsində olub.

Mərasimdə Səfir İ.Muxtarov, Meksikanın Qerrero ştatının (Akapulko şəhərinin daxil olduğu ştat) Turizmin İnkişafı naziri Xuan Salqado, Akapulko şəhər hökumətinin Sosial İnkişaf naziri Oskar Ranxel Miravete, Meksikada tanınmış yazıçı Manu Donvier, Səfirliyin əməkdaşları və Akapulko şəhərinin sakinləri iştirak edib.

Qerrero ştatı və Akapulko şəhərinin rəsmiləri tədbirdə çıxış edib.

Natiqlər Akapulko şəhərinin ən görkəmli yerlərinin birində Azərbaycanın dahi şairi və filosofu Nizami Gəncəvinin heykəlinin şəhərin gələcək simvollarının birinə çevriləcəyinə əminliyini bildirib.

Həmçinin, tədbirdə iştirak edən Meksikanın tanınmış yazıçı-jurnalisti xanım Manu Donvier çıxış edib. O,Nizami Gəncəvinin yaradıcılığından bəhs edərək, şairin əsərlərinin yalnız Azərbaycan ədəbiyyatına deyil, eyni zamanda dünya ədəbiyyatı və fəlsəfi baxışlarına misilsiz töhfə olduğunu söyləyib. O, Nizami Gəncəvinin yaşadığı müddət ərzində heç vaxt Azərbaycanın hüdudlarından kənara çıxmadığını qeyd edərək, müasir dövrümüzdə onun şəxsiyyəti və əsərlərini tərənnüm edən çoxsaylı abidələrin dünyanın əksər ölkələrində mövcud olduğunu bildirib.

Öz növbəsində, Səfir İ.Muxtarov Meksikanın Qerrero ştatı və Akapulko şəhərinin rəhbərliyinə, habelə Akapulko sakinlərinə Azərbaycan mədəniyyətində xüsusi yeri olan, böyük şair və filosof Nizami Gəncəvinin yaradıcılığına göstərilən diqqətə görə hökumətimiz adından dərin təşəkkürünü bildirib.

Daha sonra, Səfir İ.Muxtarov, Qerrero ştatı və Akapulko şəhərinin qeyd edilən rəsmiləri ilə birgə Nizami Gəncəvinin heykəlinin təməlinə ilk daşın qoyulması mərasiminə qatılıblar. .






28 Oktyabr, 2011  14:27 Baxılıb: 1024 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner