Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yağış və qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, əsasən səhər və axşam saatlarında yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. 

Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 8-10 dərəcə, gündüz 11-13 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 28-də əsasən səhər və axşam bəzi yerlərdə yağış, dağlıq rayonlarda az qar yağacağı, Lənkəran-Astara bölgəsində isə intensiv yağıntıların davam edəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9 dərəcə, gündüz 10-15 dərəcə, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 9-14 dərəcə şaxta təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb. Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, tutqun və rütubətli hava şəraitinin davam etməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.






28 Oktyabr, 2011  12:22 Baxılıb: 863 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner