Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ölkədə 5 milyon 542 min 397 nəfərin əmanəti qorunur

Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 39,3 milyon manat təşkil edir

Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan II rübün təqvim haqlarını toplayıb. Fonddan ANS PRESS-ə verilən məlumata görə, təqvim haqları 1 308 min manat, 1 453 min ABŞ dolları, 193 min Avro təşkil edir. İştirakçı bankların sayı isə 43-dür.

Fondun sığorta ehtiyatları 39,3 milyon manat təşkil edir. Fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 3 539 milyon manat, qorunmayan əmanətlər 1 414 milyon manat, qorunan əmanətlər isə 2 125 milyon manat təşkil edir.

Qorunan əmanətçilərin sayı 5 milyon 542 min 397 nəfərdir.

Qeyd edək ki, 01 iyun 2010-cu il tarixdən üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir. Hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.






28 Oktyabr, 2011  02:25 Baxılıb: 924 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner