Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Milli Qəhrəmanlara güzəşt və imtiyazlar veriləcək

Qanunvericiliyə dəyişikliklər edilməsi planlaşdırılır

Azərbaycanda dövlət tərəfindən təqaüd verilməsinə baxmayaraq, Milli Qəhrəmanlar və onların ailələrinin güzəşt və imtiyazları hələ də müəyyənləşməyib. Bununla əlaqədar olaraq mövcud qanunvericilik aktlarına bir bəzi əlavələrin edilməsi planlaşdırılır. Bu barədə Lent.az-a eksklüziv olaraq Milli Məclisin Sosial siyasət Komitəsindən məlumat verilib.

Hazırda Sosial siyasət komitəsində bununla bağlı parlamentə ayrı-ayrı qurumlardan və millət vəkillərindən daxil olmuş təkliflərə baxılır. Milli Qəhrəmanlar və onların ailə üzvləri haqqında ayrıca qanun olmadığından, bununla bağlı fərqli qanunlara – o cümlədən «Veteranlar haqqında» qanuna əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Lent.az Milli Məclisə daxil olmuş bəzi təkliflər barədə də məlumat əldə edib. Bu təkliflərə yaşayan Milli Qəhrəmanların və dünyasını dəyişmiş şəxslərin ailəsinin mənzil təminatı, işlə təminatı, təqaüdlərin artırılması, onlara dövlət nəqliyyat vasitələrindən güzəştli istifadə hüququnun verilməsi, Milli Qəhrəmanların övladlarının dövlət təhsil müəssisələrində təhsil ödənişlərindən azad edilməsi, dövlət hesabına ölkə daxilində və xaricdə tibbi müayinə və s. məsələlər daxildir. Hazırda həmin təkliflərin bir qismi rəylərin toplanması üçün müvafiq dövlət instansiyalarına göndərilib. Bu təklifləri Prezident Administrasiyası da müsbət qarşılayıb.

Təkliflər sırasında Milli Qəhrəmanların ehtiyatda olduqları dövrdə hərbi geyim daşıma hüququnun saxlanılması da yer alır.

Parlamentə Milli Qəhrəmanlarla bağlı daxil olmuş təkliflərdən xəbərsiz olduğunu deyən Təhlükəsizlik və müdafiə Komitəsinin üzvü, millət vəkili Zahid Oruc isə Lent.az-a bildirib ki, o hazırda «Milli Qəhrəmanlar haqqında» qanun layihəsini hazırlamaq üzərində düşünür.






27 Oktyabr, 2011  23:13 Baxılıb: 1196 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner