Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

TAINMIŞLARDAN KİMLƏR “SİMSAR” JURNALININ SUALINA CAVAB VERƏ BİLMƏDİ?

“Milli Mətbuat günü nə vaxt yaranıb” sualının cavabları: 

Xatırlatma: Azərbaycanın Milli mətbuat tarixi 1875-ci il iyulun 22-dən Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzeti ilə başlayır. "Əkinçi"yə qədər bir neçə dəfə Bakıda milli qəzetin açılmasına təşəbbüslər göstərilsə də bu iş baş tutmayıb. Yalnız Həsən bəy Zərdabi sübut etdi ki, milli dildə qəzet çıxarmaq mümkündür. O dövrdə mətbuatsız cəmiyyət qurmaq mümkün deyildi. Məhz bunu nəzərə alan H. Zərdabi mətbuatsız dövrü Azərbaycan cəmiyyətinin qaranlıq dövrü adlandırıb. Azərbaycan mətbuatında tarix yaradan nəşrlərindən biri də "Molla Nəsrəddin" jurnalıdır. Bu jurnalın əsasını isə Cəlili Məmmədquluzadə qoyub. Hazırda Azərbaycanda 3500-dən artıq mətbu orqan qeydiyyatdan keçib. İyulun 22-si Milli Mətbuatımızın yaranmasının 136 ili tamam oldu.

Bəstəkar Aygün Səmədzadə:
-Mətbuatın tarixi “Əkinci” qəzeti ilə bağlıdı, ilini dəqiq bilmirəm.

Müğəni Elnur Məmmədov:
-Prodüsserimə zəng edin, nə sözünüz var ona deyin.

Modaliyer Fəxriyyə Xələfova:
-Mətbuatı Həsən bəy Zərdabi yaradıb.

Aktyor Natiq Fərzəliyev:
-Tarixi bilmirəm.

Rejissor Kənan MM:
-İlini bilmirəm. Həsən bəy Zərdabi yaradıb.

Reper Malik:
-İlini deyə bilmərəm, amma Həsən bəy Zərdabinin adı ilə bağlıdır.

Jurnalist Lalə Yusifqızı:
-Azərbaycan mətbuatı 1875 - ci il, Həsən bəy Zərdabi tərəfindən yaradılıb.

Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov:
-Dəqiq deyə bilmərəm. Zənnimcə, 1890 - cı ildə, ilk dəfə Həsən bəy Zərdabinin təşəbbüsü ilə “Əkinçi” qəzeti nəşr olunub.

Şair Vahid Əziz:
-1875 ci il, 22 iyulda Həsən bəy Zərdabinin təşəbbüsü ilə “Əkinçi”qəzeti çap olunub.

Radio dj. İlahə Şıxlınskaya:
-Tarixi dəqiq deyə bilmərəm. Banisi Həsən bəy Zərdabidir.

 

Sevinc Vəliyeva 






27 Oktyabr, 2011  20:35 Baxılıb: 1351 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner