Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sabah Beynəlxalq Roma Film Festivalının açılışıdır

Hər ölkədən 15 film nümayiş etdiriləcək

İtaliyanın paytaxtı Romada 2006-cı ildən bu yana təşkil olunan Beynəlxalq Roma Film Festivalının sabah açılışı olacaq.

Santa Cecilia, Sinopoli, Petrassi, Teatro Studio, Studio 3 salonları noyabrın 4-nə qədər filmsevərlərin üzünə açıq olacaq. Festivalda hər ölkədən 15 film nümayiş etdiriləcək və ən yaxşı film "Marc Aurelio" mükafatına layiq görüləcək.

Festivalda həmçinin, ən yaxşı kişi, ən yaxşı qadın aktyorlar da müəyyənləşəcək.

Bəstəkar Ennio Morriconun rəhbərlik edəcəyi münsiflər heyətində Çarli Çaplinin nəvəsi Carmen Caplin də iştirak edir.

Film festivallerinin ən əhəmiyyətli ünsürlərindən biri olan qırmızı xalça seremonisi Roma Film Festivalı üçün bu il ayrı bir məna daşıyır. Auditorium Parco della Musica'da ediləcək festival açılışı üçün salonun girişinə 1300 kvadrat metrlik qırmızı xalça sərilib. Bu ilki qırmızı xalçanın Roma Film Festivalına ayrı bir məna yüklemesinin səbəbi isə dünyanın ən böyük qırmızı xalçası olma xüsusiyyətindən qaynaqlanır. Festival səbəbiylə Auditoriumun yanına 6 min kvadrat metrlik bir sahəyə ziyarətçilərin gəzəbiləcəyi və müxtəlif stendlərin qoyulduğu kino qəsəbəsi salınıb.


Festivalda bu il İtalyanın müstəqilliyinin 150 illiyi münasibətilə "İtaliyanın tarixinə səfər" adlı bölüm də olacaq. Bu hissədə İtalyanın tarixinə dair filmlərin göstərilməsi gözlənilir.

Beynəlxalq Roma Film Festivalında "Marc Aurelio" ən yaxşı film mükafatını keçən il rejissoru Olias Barco olan "Kill me please" filmi qazanıb.

RAMİL






27 Oktyabr, 2011  18:13 Baxılıb: 865 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner