Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Xalq Rəssam Altay Hacıyevin yubileyi keçiriləcək

Rəssamın əsərələrindən ibarət sərgi düzənlənir

Sabah xalq rəssamı Altay Hacıyevin 80 illiyi münasibətilə sərgi keçiriləcək. Tədbir İncəsənət Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə düzənlənir. Bu barədə Simsar.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Altay Hacıyev 1931-ci ildə rəssam Əmir Hacıyevin ailəsində dünyaya gəlib. 1951-ci ildə Əzim.Əzimzadə adına Rəssamlıq Məktəbini, 1959-cu ildə isə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirib. Beynəlxalq və respublika əhəmiyyətli sərgilərin iştirakçısı olub. SSRİ Rəssamlar İttifaqının üzvü olub. Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Mətbuat Komitəsinin baş rəssamı vəzifəsində çalışıb. 1995-ci ildə “Humay” mükafatı ilə təltif olunb. 2003-cü ildən Prezident təqaüdçüsüdür.

A. Hacıyevin bir neçə fərdi sərgisi təşkil olunub. 1987-ci ildə qrafika əsərlərinin, 1991-ci ildə “Natəvan-Şuşa”, 2001-ci ildə isə “Xalqımızın ulduzları” adlı tematik, 2006-cı ildə 75 illik yubiley sərgiləri keçirilib. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, xarici ölkə muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.

Rəssam yaradıcılığının böyük dövrünü kitab qrafikasının inkişafına sərf edib. Kitablara bədii tərtibat verib, bir çox əsərlərə illüstrasiyalar çəkmişdir. A.Hacıyev yalnız kitab qrafikası ilə kifayətlənməyib, rəngkarlıq sahəsində dəbir sıra əsərlərin müəllifidir.

Sərgidə rəssamın son illərdə çəkdiyi 100-dək əsəri nümayiş etdiriləcək. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Rəssamın 80 illik yubileyi münasibəti ilə nazirliyin çap etdirdiyi “Xalq Rəssamı Altay Hacıyev” kitabının təqdimatı keçiriləcək.

Sərgi noyabrın 1-ə qədər davam edəcək.

Arifə






27 Oktyabr, 2011  17:54 Baxılıb: 1116 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner