Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Avropa Birliyi Transxəzər layihəsinin düyününü aça biləcəkmi?

Rusiya XİN : "5 Xəzəryanı ölkə Xəzərin statusunu müəyyənləşdirənə qədər Transxəzər layihəsinin həyata keçirilməsi mümkün deyil"

APA-nın xəbərinə görə, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bu çərçivədə ilk görüşün Brüsseldə keçirildiyini deyib: “İlk danışıqlar oktyabrın ikinci ongünlüyündə Brüsseldə olub. Danışıqlarda Avropa Birliyi, Azərbaycan və Türkmənistan nümayəndələri iştirak edib”.

Xatırladaq ki, sentyabrın 7-də Avropa Birliyi Transxəzər layihəsi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlar aparmaq üçün Avropa Komissiyasına mandat verib. Transxəzər qaz kəməri təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. Tengiz (Qazaxıstan) – Türkmənbaşı (Türkmənistan) – Bakı (Azərbaycan) – Tiflis (Gürcüstan) – Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 kubmetr təbii qazın ixracı nəzərdə tutulur. Layihənin dəyəri 7,9 milyard avro məbləğində qiymətləndirilir.

Sentyabrın 13-də Rusiya XİN bəyanatla çıxış edərək bildirib ki, 5 Xəzəryanı ölkə Xəzərin statusunu müəyyənləşdirənə qədər Transxəzər layihəsinin həyata keçirilməsi mümkün deyil.






27 Oktyabr, 2011  15:20 Baxılıb: 960 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner