Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İLHAM ƏLİYEV 3-cü DƏFƏ DƏ PREZİDENTLİYƏ NAMİZƏD OLACAQ

Hansı vətəndaş öz ölkəsini uğurlara aparan, nailiyyətlər qazandıran prezidentin yenidən seçilməsini istəməz?

Hakim Yeni Azərbaycan Partiyasının icra katibi, deputat Əli Əhmədov “Media forum” saytına açıqlamasında bildirib ki, 2013-cü ildə keçiriləcək prezident seçkisində dövlət başçısı İlham Əliyev yenidən prezidentliyə namizədliyini irəli sürəcək.

İlham Əliyev 2003-cü ildən Azərbaycanın prezidenti, 2005-ci ildən YAP-ın sədridir. 2008-ci ildə o, ikinci dəfə prezident seçiləndən sonra, 2009-cu ildə Azərbaycanda konstitusiya referendumu keçirilib və bir nəfərin dalbadal iki dəfədən çox prezident seçilməsinə qoyulan qadağa ləğv edilib.

2011-ci il oktyabrın 11-də “Əl-Cəzirə” televiziyasına müsahibəsində İlham Əliyev deyib ki, üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürməklə bağlı hələ qərar verməyib: “Bu, xalqın istəyindən asılı olacaq. Əgər xalq məni və gördüyüm işləri dəstəkləməkdə davam etsə, bu variantı nəzərdən keçirəcəm. Ancaq yenə də bu, insanların mənim fəaliyyətimi necə qiymətləndirmələrindən və onların verdiyi dəstəyin nə səviyyədə olmasından asılı olacaq”.

YAP-ın 2013-cü ilin prezident seçkisi ilə bağlı mövqeyi necədir, partiyanın başqa namizədinin olması mümkündürmü? Oktyabrın 25-də “Media forum” saytının bu sualını cavablandıran Əli Əhmədov bildirib ki, YAP-ın mövqeyi və yanaşması tamamilə aydındır: “Azərbaycanda keçirilən referendumla bir şəxsin iki dəfədən artıq prezidentliyə namizədliyini irəli sürməsinə qoyulan məhdudiyyət aradan qaldırılıb. Ölkə qanunvericiliyi fəaliyyətdə olan prezidentin üçüncü dəfə prezident seçkisində iştirak etməsinə imkan verir. Ona görə də dövlət başçısı İlham Əliyevin 2013-cü ildə üçüncü dəfə Azərbaycan prezidentliyinə namizədliyini irəli sürməsi üçün hüquqi əsaslar var”.

Əli Əhmədov hesab edir ki, Azərbaycan cəmiyyəti, hər bir vətəndaş 2013-cü ildə İlham Əliyevin öz namizədliyini irəli sürməsini istəyir: “Bu da məsələnin siyasi və mənəvi əsaslarıdır. Çünki İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan sürətlə inkişaf edib, iqtisadiyyat əhəmiyyətli dərəcədə güclənib, vətəndaşların həyatı əhəmiyyətli dərəcədə dəyişib, ölkənin siması yenilənib, müasirləşib, ordu döyüş qabiliyyətini böyük ölçüdə artırıb və bu, artıq Azərbaycan torpaqlarını işğal edən Ermənistan tərəfində ciddi narahatlıq yaratmağa başlayıb. Dünya birliyində Azərbaycanın rolu və əhəmiyyəti artıb. Bunun ən bariz nümunələrindən biri də Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir.

Nailiyyətlər, uğurlar, qələbələr göz önündədir və bütün bunların əldə edilməsində prezident İlham Əliyevin müstəsna xidmətləri var. Bu, birmənalı formada cəmiyyət tərəfindən etiraf olunur. Belə olan halda prezident İlham Əliyevin 2013-cü ildə yenidən prezidentliyə namizədliyini irəli sürməsi və xalqın dəstəyilə yenidən dövlət başçısı seçilməsi Azərbaycanın qazandığı uğurların növbəti illərdə də davam etdirilməsi demək olacaq. Hansı vətəndaş öz ölkəsini uğurlara aparan, nailiyyətlər qazandıran prezidentin yenidən seçilməsini istəməz? Hesab edirəm ki, bütün cəmiyyət məsələyə məhz belə yanaşır. 2013-cü ildə keçiriləcək prezident seçkisində, inşallah, İlham Əliyev yenidən namizədliyini irəli sürəcək”.






26 Oktyabr, 2011  21:43 Baxılıb: 1027 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner