Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənimət Zahid: "Ailəm mənsiz yaşamağa öyrənib"

"Onlar təhlükəsiz yerdədir"

“Ailəm mənsiz yaşamağa öyrəşib”. Bunu “Media forum” saytına açıqlamasında “Azadlıq” qəzetinin Fransadan Bakıya yenicə qayıtmış baş redaktoru Qənimət Zahid deyib.

Ailəsinin bu təcrübədən hələ o, həbsxanada olarkən keçdiyini qeyd edən Qənimət Zahid həyat yoldaşının və övladlarının yanında qalmamasını ciddi problem hesab etmir: “Düşünmürəm ki, mənim Bakıya qayıtmağım ailəm üçün hər hansı problem yaratsın. Həm də əlaqə saxlamaq üçün telefon, internet var. Burdakı işlərimi qaydaya salandan sonra vaxtaşırı ailəmə də baş çəkəcəm”.

Baş redaktor ailəsinin Fransada evlə təmin olunmasında heç bir çətinlik çəkmədiklərini bildirib: “Sadəcə, uşaqların fransız dilini bilməmələri bir az problem yaratdı. Ona görə də həm məktəbə gedirlər, həm də dil kurslarına. Böyük qızım dil probleminə görə universitetdəki təhsilindən bir il geri qaldı. Başqa problemimiz yoxdur. Ən azı ailəmin təhlükəsiz bir yerdə yaşadığına mən də əminəm, onlar da”.

Bir müddət əvvəl Qənimət Zahid Azərbaycanda övladlarının həyatına təhlükə olduğunu deyərək xanımını və övladlarını Fransaya aparıb. Hazırda ailə Parisdədir. Qənimət Zahidin üç qızı, bir oğlu var.

Qənimət Zahid 2007-ci ilin noyabrından 2010-cu ilin martına qədər həbsdə olub.






26 Oktyabr, 2011  20:29 Baxılıb: 914 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner