Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Məktəbəqədər təhsil müəssisələrinin yeni forması yaradılıb

Modelin özünü necə doğrultması nəzərə alınacaq

Azərbaycanda hazırkı ənənəvi bağçalarla yanaşı, məktəbəqədər təhsilin yeni formalarının tətbiqi də nəzərdə tutulur. Bunu çərşənbə günü Trend-ə Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin müdiri Aydın Əhmədov deyib.

Onun sözlərinə görə, ölkədə məktəbəqədər təhsil xidmətlərinin müxtəlif, o cümlədən icma, ailə tipli formalarının yaradılması planlaşdırılır. Hazırda bununla bağlı müəyyən modellərin yaradılması istiqamətində iş aparılır.

Təhsil Nazirliyinin Məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva isə Trend-ə bildirib ki, məktəbəqədər təhsilin yeni formalarının tətbiqi məqsədilə hazırda Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi və BP şirkətinin dəstəyi ilə Şəmkirdə pilot layihə həyata keçirilir. Təhsil Nazirliyinin də dəstək verdiyi bu layihə çərçivəsində Şəmkirdə icma tipli məktəbəqədər təhsil müəssisəsi yaradılır. Bu layihə özünü doğrultduqdan sonra yeni model daha geniş şəkildə tətbiq edilə bilər.

"İcma tipli məktəbəqədər təhsil müəssisəsi bağça hesab edilmir. Məktəbəqədər təhsilin icma və ya ailə tipli forması uşaqların məktəbə qısamüddətli hazırlığına imkan verən təlim kurslarıdır. Burada uşaqlar bağçada olduğu kimi yeyib-içib, yatmırlar. Uşaq təxminən bu müəssisəyə 3 saatlıq gəlir. Bu müəssisə uşağın yalnız inkişafına xidmət edir. Məqsəd də odur ki, uşaq artıq məktəbə hazırlıqlı getsin", - Alnağıyeva deyib.

Eyni zamanda, hazırda həm də bu məsələnin reallaşdırılması üçün maliyyələşdirmə və qida təminatı mexanizmləri hazırlanır.

"Başqa ölkələrdə qısamüddətli, günərzi kimi belə bağçalar var. Bu modellər Azərbaycanda da yaradılmalı və sınaqdan keçirilməlidir. Bunları həyata keçirmək elə də asan məsələ deyil. Bunun üçün ictimaiyyət də bunu qəbul etməli, ictimai rəy formalaşmalıdır", - Əhmədov deyib.






26 Oktyabr, 2011  20:22 Baxılıb: 965 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner