Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Televiziyalara 300 min manat pul verilir

Bu məbləğ milli televiziya filmlərinin istehsalına xərclənəcək

“Bu həftə milli televiziya filmlərinin istehsalını həyata keçirəcək televiziya kanalları ilə müqavilələr imzalayacağıq. Müqavilədən sonra həmin televiziya kanallarının hesabına 300 min manat həcmində vəsait köçürüləcək. Bu birbaşa ayrılmış maliyyə vəsaitidir. Heç bir tender, kotirovka keçirilməyəcək”. Bunu Milli Televiziya və Radio Şurasının(MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Lent.az-a açıqlamasında bildirib.

N.Məhərrəmli deyib ki, MTRŞ artıq lazım olan bütün hüquqi prosedurları həyata keçirib: “Biz artıq Müəllif Hüquqları Agentliyinə müraciət etmişik. Onlardan müsbət cavab almışıq. Buna uyğun olaraq, kanallarla birbaşa müqavilə bağlayacağıq”.

Şura sədri ilkin mərhələdə televiziya kanallarının konkret vəsaitlə işə başlayacaqlarını bildirib: “Sonra onların gördükləri işləri bizim yaratdığımız yaradıcı qrup dəyərləndirəcək. Əvvəlcə serialların ilk 3-4 seriyası çəkiləcək, biz onları dəyərləndirəcəyik və sonrakı qiymətləndirmədə vəsaitin tam ödənilib-ödənilməməsi ilə bağlı qərar verəcəyik”.






26 Oktyabr, 2011  19:48 Baxılıb: 1139 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner