Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Kürd terrorçularının İran sevgisi

Türkiyə kəşfiyyatı PKK-nın gizli danışıqlarını əldə edib

İranla PKK arasında yaşanan ətəşkəsin səbəbi kürdlərin telefon danışıqlarında üzə çıxıb.

Simsar.az Türkiyə mətbuatına istinadən bildirir ki, kəşfiyyat orqanları “Bahoz Erdal” kod adlı Fehman Hüseynin PKK üzvlərinə “İranla aramızı pozacaq hərəkət etməyin” təlimatını əldə ediblər.

İran keçən bu yayda PKK-nın davamı olan PJAK-a qarşı əməliyyat aparıb.

PJAK əməliyyatdan sonra İran - İraq sərhədindəki əraziləri tərk edib. İran İnqilab Gözətçiləri ələ keçirdikləri düşərgəyə bayraqlarını sancıblar.
Bu əməliyyatdan sonra PKK İran ərazisindəki fəaliyyətlərini dayandığını açıqlayıb.

Əməliyyat zamanı İranın PKK lideri Murat Karayılanı həbs etdiyi bildirilsə də, sonradan bunun yalan olduğu üzə çıxdı.

Simsar.az-ın məlumatına görə, PKK-nın Suriyalı liderlərindən Fehman Hüseynin radio danışığı Türkiyə kəşviyyatının diqqətini çəkib.

Fehman Hüseynin şifrəli etdiyi radio çıxışında təşkilatın bölgə nümayəndələrinə “Türkiyə bizi oyuna gətirib İranla aramızı poza bilər. Türkiyənin oyununa gəlməyin. İranla aramızı pozacaq hərəkət etməyin” təlimatı verdiyi məlum olub.

Hüseynin bu xəbərdarlığı 24 əsgərin şəhid olduğu Çukurca hücumunun ardından Türk ordusunun bölgədə başlatdığı geniş miqyaslı əməliyyat qarşısında təşkilatda yaşanan panikanın işarəsi olaraq şərh olunur. Türk əsgərinin əməliyyatlarında çox sayda itki verən PKK bölgədə düşmənlərinin sayını artırmaq istəmir.

TOĞRUL






26 Oktyabr, 2011  17:19 Baxılıb: 1255 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner