Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

119 nəfər "Eurovision-2012"-də oxumaq istəyir

Onlar canlı efirdə yarışacaq

İctimai Televiziyada Azərbaycanın “Eurovision-2012” mahnı müsabiqəsi üçün milli seçim turuna sənəd qəbulu oktyabrın 25-də başa çatıb. Bakıda keçiriləcək müsabiqədə Azərbaycanı təmsil etmək istəyənlərin sayı 119 nəfərdir. İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin müdiri Tahir Məmmədovun APA-ya verdiyi məlumata görə, yaxın günlərdə iddialıların ilk ələnmə prosesi başlayacaq. Professional münsiflər heyətinin seçdiyi şəxslər seçim turunun əsas mərhələsinə qatılacaqlar və İctimai Televiziyanın canlı efirində yarışacaqlar. Məlum olduğu kimi, milli seçimin qaydaları ötən il olduğu kimidir. Ölkə təmsilçimiz münsiflər heyəti və tamaşaçıların rəyi ilə seçiləcək.

Qeyd edək ki, ötən il Azərbaycana uğur gətirən bu şəffaf seçim üsulu “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi qaydası ilə eynidir və Avropa Yayımları Birliyi tərəfindən müsbət qiymətləndirilib. Bir neçə mərhələdən ibarət olan milli seçim turuna sənəd verənlər arasında ötən illərin yarışmalarında iştirak edənlər və tanınmış gənc müğənnilər, eləcə də digər ölkələrdə yaşayanlar var.






26 Oktyabr, 2011  16:33 Baxılıb: 1002 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner