Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Zəlzələ baş verən şəhərdə məhbus qiyamı

Kameralar yandırılıb

Simsar.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, oktyabrın 25-də saat 17:55 radələrində Vanda 4,5 bal gücündə növbəti təkanın baş verməsindən sonra Van şəhərində “M” tipli qapalı həbsxanada məhbuslar kameraları yandıraraq qiyama başlayıblar. 


Təhlükəsizlik qüvvələri həbsxanadan qaçışın qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini gücləndirib, xilasedicilər isə yanğını söndürməyə başlayıblar. Eyni zamanda məhbuslarla danışıqlar da başlayıb. Məhkumlar zəlzələ təhlükəsi ilə bağlı başqa rayonlardakı həbsxanalara köçürülmələrini istəyiblər. Zəlzələ bölgəsində olan DTP deputatları da həbsxanaya gəlib. Məhbuslara istəklərinin yerinə yetiriləcəyi vəd olunub və saat 20:00 radələrində əlavə addım atılmasına ehtiyac qalmadan qiyam başa çatıb. Həbsxanada yanğın da qısa müddətdə söndürülüb.






26 Oktyabr, 2011  15:29 Baxılıb: 798 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner