Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

ABŞ Dövlət Deportamentindən Azərbaycana təbrik

“Birləşmiş Ştatlar Azərbaycanla yaxından işləyəcəyinə ümid edir”

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəsmisi bəyanatla çıxış edərək Azərbaycanın BMT Təhlükəsizlik Şurası seçkilərindəki qələbəsi ilə bağlı Amerikanın mövqeyini bildirib. Simsar.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, diplomat bildirib ki, ABŞ Azərbaycanı 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ilə bağlı təbrik edir: “Birləşmiş Ştatlar BMT nizamnaməsində əks edilən prinsiplərinin dəstəklənməsi, Şuranın səmərəliliyi və təsirliyinə töhfə verilməsi və onun beynəlxalq sülh və sabitliyin qorunmasında rolunun artması üçün Azərbaycanla yaxından işləyəcəyinə ümid edir”.
Qeyd edək ki, Azərbaycan oktyabrın 24-də Nyu-Yorkda BMT Baş Məclisinin iclasında gizli səsvermə yolu ilə 155 üzv dövlətin dəstəyini qazanaraq Təhlükəsizlik Şurasının iki illik qeyri-daimi üzvü seçilib. Şura beynəlxalq sülh və sabitliyə dair qəbul edilən qərarlarda veto hüququna malik beş daimi üzv - ABŞ, Fransa, Rusiya, Çin və Böyük Britaniya və iki illik müddətə seçilən on qeyri-daimi üzvdən ibarətdir. Qurumun qaydalarına görə, Təhlükəsizlik Şurasında sədrlik səlahiyyətləri hər ay əlifba sırası ilə bir üzv dövlət tərəfindən həyata keçirilir. BMT nizamnaməsinə əsasən, BMT-nin digər tərkib qurumlarının qərarları tövsiyə xarakteri daşıdığı halda, Təhlükəsizlik Şurasının qətnamələrinə üzv dövlətlər tərəfindən mütləq şəkildə əməl edilməlidir.






26 Oktyabr, 2011  14:45 Baxılıb: 678 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner