Səfir: "Biz Azərbaycanın taxıl ixracını artırmağa hazırıq
Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin azalması dünyada baş vermiş iqtisadi böhranla bağlıdır. Bu sözləri Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov deyib.
Səfir vurğulayıbr ki, bu il Qazaxıstanda 28 milyon ton taxıl yığılıb: "Biz Azərbaycanın taxıl ixracını artırmağa hazırıq. Qazaxıstan ötən il Azərbaycana 1 milyon tondan artıq taxıl ixrac edib. Bu il də bu rəqəm ötən il ildəkindən az olmayacaq".