Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Sıravi və kiçik rəis heyətində xidmətə namizədlərin sıra baxışı keçirilib

Ramil Usubov tələb parametrlərə uyğun gəlməyən 18 namizədi sıra baxışından kənarlaşdırıb

Bu gün Çevik Polis Alayında daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar Daxili İşlər Nazirliyinin Baş İdarə, İdarə və ərazi polis orqanlarından göndərilmiş namizədlərin sıra baxışı keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Əvvəlcə qarşılanma olub, ÇPA-nın komandiri, polis polkovniki Zaur Abdullayev general-polkovnik Ramil Usubova sıravi və kiçik rəis heyətində xidmətə qəbul olunacaq namizədlərin mərasimə hazır olması barədə raport verib.

DİN-in Baş İdarə, İdarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir 265 namizədin düzüldüyü ayrı-ayrı kalonları gəzib, polis əməkdaşı adına iddiaçıların zahiri görünüşü, fiziki hazırlığı ilə maraqlanıb, bəzi irad və tövsiyyələrini bildirib, ümumən sıra baxışından, namizədlərin hazırlıq səviyyəsindən razı qaldığını deyib. Tələb parametrlərə uyğun gəlməyən 18 namizəd sıra baxışından kənarlaşdırılıb.

Tədbirin sonunda nazir R. Usubov sıravi və kiçik rəis heyətində xidmətə qəbul olunacaq namizədlərə gələcək çətin, lakin şərəfli xidmətlərində uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, onlar DİO-nun ən yaxşı ənənələrini davam etdirərək qarşıya qoyulan bütün tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, Vətəninə, xalqına və prezidentinə sədaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaq, öz üzərlərində işləyəcək, peşəkarlıqlarını daim artıracaq, respublikamızda sabitliyin dönməzliyinin təminində, əmin-amanlığın nümunəvi qorunmasında öz səylərini əsirgəməyəcəklər.






26 Oktyabr, 2011  01:33 Baxılıb: 967 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner