Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev Avstriya prezidentini təbrik edib

Ölkə başçısı Haynts Fişerə Avstriyanın milli bayramı münasibəti ilə təbrik məktub göndərib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerə məktub göndərib. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Federal prezident,

Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Biz Azərbaycan-Avstriya münasibətlərinə böyük əhəmiyyət veririk. Bu mənada siyasi, iqtisadi və mədəni əlaqələrimizin hazırkı inkişaf dinamikası xüsusi məmnunluq doğurur.

Əminəm ki, bu günlərdə ölkəmizə səfəriniz, Bakıda keçirdiyimiz görüşlər, ikitərəfli münasibətlərimizin gündəliyinə dair apardığımız dəyərli müzakirələr əlaqələrimizin daha da möhkəmlənməsinə, əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsinə mühüm töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstriya xalqına sülh və rifah diləyirəm”.






26 Oktyabr, 2011  00:47 Baxılıb: 888 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner