Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

TİBB UNİVERSİTETİNİN ƏMƏKDAŞI RÜŞVƏT ALDIĞI YERDƏ YAXALANDI

Aydın Hüseynov "Uşaq cərrahlığı" kafedrasının assisenti İsmayılov Mahmudu tutdurdu

Simsar.az-ın məlumatına görə, Baş Prokurorluğun mətbuat xidməti Azərbaycan Tibb Universitetinin "Uşaq cərrahlığı" kafedrasının assisentinin rüşvət üstündə həbs olunduğunu bildirib.
Məlumata görə, vətəndaş Hüseynov Aydın Zəkər oğlunun Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Belə ki, Aydın Hüseynov "161-Qaynar xətt" əlaqə mərkəzinə zəng edərək qızı Aidə Hüseynovanın üzərində apardığı cərrahiyyə əməliyyatının müqabilində Azərbaycan Tibb Universitetinin "Uşaq cərrahlığı" kafedrasının assisenti İsmayılov Mahmud Uğurlu oğlunun ondan rüşvət istəməsi barədə məlumat verib.

Müəyyən edilib ki, Mahmud İsmayılov Bakı şəhər sakini Aidə Hüseynovanın üzərində 7 oktyabr 2011-ci il tarixdə qeyd olunan kafedrada apardığı cərrahiyyə əməliyyatının müqabilində Aydın Hüseynovdan 1000 manat pul istəyib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Mahmud İsmayılov oktyabrın 24-də özünə məxsus avtomaşında 550 manat pulu Aydın Hüseynovdan rüşvət kimi alarkən cinayət başında yaxalayıb.

Törətdiyi cinayət əməlinə görə Mahmud İsmayılov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.






25 Oktyabr, 2011  22:56 Baxılıb: 1020 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner