Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Bələdiyyə üzvləri maaş alacaqlar

Parlament bələdiyyələrin hüquq və məsuliyyətini artırdı

Milli Məclis oktyabrın 25-də «Bələdiyyələrin statusu haqqında» qanuna dəyişiklik edib. Qanun layihəsi barədə Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verib.

Dəyişiklikdə bələdiyyələrin beynəlxalq əlaqələr qurmaq hüququ verilib. Başqa bir dəyişikliklə, öz səlahiyyətlərini daimi əsaslarla icra edən bələdiyyə üzvləri bəldiyyə üzvləri bələdiyyənin büdcəsindən məvacib ala biləcəklər. Onlara elmi və pedaqoji fəaliyyətdən başqa vəzifə tutmaq qadağan olunur. 5-7 üzvü olan bələdiyyələrdə 2, 9-11 üzvü olan bəldiyyədə 3, 13-15 üzvü olan bələdiyyədə 4, 17-19 üzvü olan bələdiyyədə 5 üzv bələdiyyə büdcəsindən məvacib ala bilər.

Başqa bir dəyişiklik bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi ilə bağlıdır. Dəyişikliyə əsaəsn ardıcıl olaraq 3 dəfə bələdiyyə iclaslarını üzürsüz səbəbdən buraxdıqda və ya il ərzində keçirilən iclasların yarısından çoxunda üzürsüz səbəbdə iştirak etməyən bələdiyyə üzvünün səlahiyyətinə xitam verilə biləp.

Parlament həmçinin “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında“ qanuna da dəyişiklik edib. Dəyişikliyə əsasən bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrasın haqqında illik hesabatı təsdiq etməli və yerli əhalini tanış etmək məqsədi ilə həmin hesabatı müxtəlif vasitələrlə (elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytları və s) onlara çatdırmalıdır.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında“ qanuna dəyişikliyə əsasən qüvvəyə minmiş bələdiyyə aktları əhaliyə elan edilməli və bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilməlidir.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında“ qanuna edilmiş əlavələrə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, pakrların, meşə-parkların ,bulvar, çimərlik, sahil, keçid, sututarların, stadionların və idman idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

Mili Məclis həmçinin “Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında“ Əsasnaməyə və “Bələdiyyə qulluğu haqqında“ qanuna dəyişiklikləri də təsdiqləyib.






25 Oktyabr, 2011  22:54 Baxılıb: 4274 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner