Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

"TÜRKİYƏ-AZƏRBAYCAN DOSTLUĞUNA ÇATAN BAŞQA BİR NÜMUNƏ YOXDU"

Ərdoğan bir daha İlham Əliyevə təşəkkürlərini bildirib

İzmir. Mais Əlizadə - APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İzmir vilayətinin Əliağa rayonu ərazisində “Petkim”-in ortaqları olan ARDNŞ və “Turcas”-in birgə inşa edəcəyi neft-kimya müəssisəsinin təməlqoyma mərasimində çıxış edib. APA-nın Türkiyə müxbiri İzmirdən xəbər verir ki, R. T. Ərdoğan öncə Van bölgəsində baş verən zəlzələ ilə bağlı göstərdiyi yardım üçün Azərbaycana təşəkkürünü bildirib: “Zəlzələ baş verəndən sonra Türkiyəyə çox ölkədən yardım gəldi. Amma Azərbaycandan gələn yardım bizi çox duyğulandırdı. Azərbaycan ən tez yardım etdi”.

Baş nazir Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinin Türkiyədə yüksək səviyyədə qeyd olunduğunu deyib: “Türkiyə-Azərbaycan əlaqələri bu iyirmi ildə çox böyük inkişaf yolu keçib. Biz bunu daha da möhkəmləndirəcəyik”.

O, dünyada Türkiyə-Azərbaycan dostluğuna misal göstəriləcək başqa nümunə olmadığını vurğulayıb.

Türkiyənin baş naziri Azərbaycanın Türkiyəyə qoyduğu yeni investisiyaya görə prezident İlham Əliyevə təşəkkürünü bildirib. Baş nazir deyib ki, qoyulan investisiya nəticəsində inşa olunacaq müəssisənin inşaat işlərində 10 min nəfər, fəaliyyətə başlayacaq müəssisədə isə 1000 nəfər çalışacaq: “Azərbaycan indiyə kimi Türkiyədə enerji, iqtisadiyyat sahəsində investisiyalar qoyub. Burada təməli qoyulacaq Heydər Əliyev adına Texniki Peşə Məktəbi isə Azərbaycanın Türkiyədə təhsil sahəsində qoyduğu ilk investisiyadır, biz bunu çox yüksək qiymətləndiririk. Çünki burda yetişəcək kadrlar bu müəssisələrdə çalışacaqlar, bu da bizi çox sevindirir”.

R. T. Ərdoğan çıxışında Azərbaycanın BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsi münasibətilə prezident İlham Əliyevi təbrik edib.






25 Oktyabr, 2011  19:34 Baxılıb: 875 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner