Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev Türkiyədə neft-kimya müəssisəsinin təməlini qoydu

İzmir vilayətində “Petkim”-in ortaqları olan ARDNŞ və “Turcaz”-in birgə inşa edəcəyi neft-kimya müəssisəsinin təməlqoyma mərasimi keçirilib

APA-nın məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, eləcə də hər iki ölkədən rəsmi şəxslər iştirak ediblər.

R. T. Ərdoğan və İ. Əliyev mərasimdə çıxış ediblər.

Qeyd edək ki, Türkiyənin Əliağa bölgəsində “Petkim”ə məxsus istehsal sahəsində tikiləcək Ege Neft Emalı Zavodunun (“Star Rafinerisi”) inşası təqribən 5 mlrd. dollara başa gələcək. İllik emal gücü 10 mln. ton olan zavodda əsasən «Petkim»in tələbatı olduğu məhsullar istehsal ediləcək. Yeni zavodun tikintisi zəruri olan kimya xammalının idxalını 30% azaldacaq və Türkiyə və regionun neft məhsulları bazarına çıxmaq imkanları yaradacaq. Zavodun ilk qurğularının tikintinin başlanmasında 3 il sonra işə salınması nəzərdə tutulur.

Bundan başqa, bölgədəki dəniz limanına 350 mln. dollar investisiya yatırılması planlaşdırılır ki, bununla da liman bölgənin ən böyük logistik obyektinə çevriləcək. Ümumilikdə, 2015-ci ilədək ARDNŞ-in «Petkim» strukturlarına yatırdığı investisiyaların həcmi 6 mlrd. dolları keçəcək.

2015-ci ildən sonra isə ARDNŞ-in «Petkim»ə yatırımlarının 2-ci mərhələsi başlayacaq. Bu işlər çərçivəsində şirkətin neft-kimya məhsullarının istehsalı həcmi ildə 3 mln. tondan 6 mln. tona, şirkətin satış həcmi isə həmin müddətdə 20 mlrd. dollara çatdırılacaq.

Buna paralel olaraq enerji sektoruna da investisiya yatırılacaq və bunun hesabına 2020-ci ilə qədər qurumun 1 000 MVt enerji istehsalı gücü yaradılacaq. Bütün bunlar nəticəsində ARDNŞ Türkiyənin sənaye sektorunda ən böyük investora çevriləcək.

Nəhayət, investisiyaların növbəti mərhələsi 2040-cı ilədək planlaşdırılıb. Bu işlər nəticəsində həmin vaxt Türkiyə və Azərbaycan neft emalı və neft-kimya məhsulları istehsalı sahəsində dünyanın ən mühüm oyunçularından birinə çevriləcək.






25 Oktyabr, 2011  19:12 Baxılıb: 736 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner