Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Minsk Qrupu bəyanat yaydı

"Dini rəhbərlər əhalini hazırlamalıdılar"

ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıb. AzərTAc-ın məlumatına görə, bəyanatda bildirilir ki, həmsədrlər İqor Popov (Rusiya), Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik oktyabrın 21-dən 24-dək Yerevan, Dağlıq Qarabağ və Bakıda səfərdə olub, prezidentlər İlham Əliyev və Serj Sərkisyanla, eləcə də Dağlıq Qarabağ rejiminin rəhbərliyi ilə görüşüblər.

Qeyd edilir ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif sahələrdə etimadın möhkəmləndirilməsi üzrə tədbirlərə dair bir sıra təkliflər irəli sürüblər: “Tərəflər təmas xətti boyunca insidentlərin araşdırılmasına dair prezidentlər İlham Əliyev, Serj Sərkisyan və Dmitri Medvedyevin martda Soçidəki bəyanatında razılıq bildirdiyi və apreldə həmsədrlərin təklif etdiyi mexanizm layihəsi barədə prinsip etibarilə razılığa gəliblər. Həmsədrlər həmçinin hər iki ölkənin dini rəhbərləri ilə ayrı-ayrılıqda görüşərək əhalini münaqişənin sülh, ədalətli və davamlı nizamlanmasına hazırlamağın zəruriliyini müzakirə ediblər”.

Bəyanatda bildirilir ki, həmsədrlər noyabrın sonunda regiona növbəti dəfə səfər edəcəklər.






25 Oktyabr, 2011  15:52 Baxılıb: 804 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner