Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“WikiLeaks” saytının pulu bitib

“WikiLeaks” saytı Amerika diplomatik yazışmasına aid sənədlərin nəşrini dayandırıb.

Bu barədə oktyabr ayının 24-də sayt rəhbərliyinin bəyanatına istinadən “Agence France-Presse” xəbər verib.

Bəyanatda qeyd edilib ki, qərar maliyyə problemi ilə əlaqədar qəbul edilib. “Visa”, “Mastercard” və “PayPal” ödəmə sistemlərinin fəaliyyətlərini sayt rəhbərliyi "blokada" adlandırıb.

“Twitter”dəki mikrobloqda dərc edilmiş “WikiLeaks” hesablamalarına əsasən, ödəmə şirkətlərinin fəaliyyəti nəticəsində sayt 40 milyondan 50 milyona qədər avro almayıb.

Qeyd edək ki, saytın fəaliyyəti ildə 3,5 milyon dollara başa gəlir. “WikiLeaks” saytı İraq və Əfqanıstanda keçirilmiş hərbi əməliyyatlar haqqında məxfi sənədlərin nəşrindən sonra məşhurlaşıb.






25 Oktyabr, 2011  15:10 Baxılıb: 946 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner