Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Gözəllik və sevgi şairinin 129 yaşı tamam oldu

O, Azərbaycan ədəbiyyatında ilk mənzum dramın banisidir

Bu gün Azərbaycanın görkəmli şairi, yazıçı və dramaturq Hüseyn Cavidin doğum günüdür. O, 24 oktyabr 1882-ci ildə Naxçıvanda anadan olub.
Ruhani ailəsində dünayaya göz açan H.Cavid ibtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində alıb. 1899-1903-cü illərdə Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirib. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirib, Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib.

Hüseyn Cavid 20-ci əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olub. O, lirik şerlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. "Keçmiş günlər" adlı ilk şer kitabı 1913-cü ildə çap olunub.

Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərib. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapır. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atıb.

Yaradıcılığında mühüm yer tutan "İblis" mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri - "insan insana qurddur" fəlsəfəsinin tərəfdarları, "iyirminci əsrin mədəni vəhşiləri" olan dairələri İblis surətində ümumiləşdirilib, işğalçı müharibələrə lənət yağdırılıb.
20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazıb. "Peyğəmbər" və "Topal Teymur" əsərlərindən sonra yazdığı "Səyavuş”, "Xəyyam" tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş olub.

Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməyib, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırıb. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına sürgün edilib və orada həlak olub.


Azərbaycan ədəbiyyatının söz və fikir zadəganıdır. Azərbaycan yaradıcı fikri süni misralar təlatümündə boğulduğu zamanda həyatı bahasına olsa da, Cavid öz sənət idealına xain çıxmayıb, onu satmayıb.

Hüseyn Cavid gözəllik və sevgi şairi idi, eləcə də qaldı.


Bəni anlatma ki eşq, aləmi-sevda nə imiş?
Bilirəm bən səni, get! Hər sözün əfsanə imiş.
Get, gülüm, get, gözəlim! Başqa bir aşiq ara, bul!
Duydum artıq sənin eşqindəki məna nə imiş!..
Bivəfasən, mələk olsan belə uymam daha, get!
Kim ki uymuş sana, könlüm kibi divanə imiş.
Yetişir, get! Bəni qəhr eyləmə, tərsa qızı, get!
Anladıq şəfqəti-ayini-məsiha nə imiş!
Səni bir sadədil, azadə mələk sanmış idim,
Neyləyim!.. Ah... könül ruhuna biganə imiş.
Səni təqdis edərək bir daha sevməm əsla,
Nə imiş sanki bu eşq!? Aşiqi-şeyda nə imiş!
Aləmi-zevqi-səfadən bana bəhs etmə, saqın!
Bildik artıq bu cihan mülkü nə viranə imiş!..

Aynurə






24 Oktyabr, 2011  16:22 Baxılıb: 1174 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner