Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Eurovison-2012” ilə bağlı Bakıda çoxmərtəbəli binalar sökülür

Bayıl qəsəbəsində, Dövlət Bayrağı Meydanı ətrafında söküntü işləri aparılır

“Eurovision-2012” ilə əlaqədar Bakıda böyük söküntü işlərinə başlanılıb. Səbail rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, rayon ərazisində, A.Quliyev küçəsində yerləşən 2 9 mərtəbəli bina, həmçinin 49 saylı orta məktəbi yaxınlığındakı 9 mərtəbəli bina və yaxınlıqdakı digər binaların söküntüsünə başlanılıb.

Səbail RİH-in şöbə müdiri İsrafil Kərimov Lent.az-a açıqlamasında bildirib ki, həmin binalarda yaşayanlar üçün 2 təklif irəli sürülüb. 1-ci təklifdə sakinlərə yaşayış yerinin hər kvadrat metrinə görə 1500 manat təklif olunub. Yaxud da həmin binaların sakinləri Badamdar qəsəbəsi, Nəqliyyat Nazirliyinin və ya “Qələbə” meydanının yaxınlığında yerləşən yeni tikililərdə mənzil ala bilərlər. Artıq bina sakinlərinin əksəriyyəti evlərini tərk edib.

İ.Kərimov bildirib ki, söküntü işləri ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı var: “Bu, sırf “Eurovision” müsabiqəsi ilə bağlıdır. Həm də ölkə başçısı İlham Əliyev Dövlət Bayrağı Meydanında olarkən yaxınlıqdakı tikililərin sökülməsi, ərazinin abadlaşdırılması ilə bağlı tapşırıqlar verib”.

Şöbə müdiri onu da dedi ki, Dövlət Bayrağı Meydanıından şəhərin mərkəzi istiqamətinə yeni yol çəkilir. Artıq ərazidəki Dövlət Sərhəd Xidmətinə məxsus hərbi hissə Türkan qəsəbəsi yaxınlığına köçürülüb. Hazırda isə Hərbi Dəniz qüvvələrinə məxsus gəmilərin çıxarılması prosesi gedir.






23 Oktyabr, 2011  03:08 Baxılıb: 1005 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner