Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“XURAL” ORTALIQDA QALIB

Əvəz Zeynallı: «Hazırda mətbəələrin biri ilə danışıqlar aparılır»

«Xural» qəzetinin əmlakı müsadirə olunduqdan sonra, qəzetə növbəti bir zərbə də vuruldu. Oktybarın 19-da qəzetin kompyüterlərini və bütün avadanlıqlarını Nərimanov rayon məhkəmə icraçıları tərəfindən müsadirə olunmasına baxmayaraq, «Xural» nəşrini dayandırmadı. Srağagün qəzet köşklərdə satılırdı. Artıq iki gündür qəzet nəşr olunmur. Səbəb isə qəzetin çap olunduğu «Ekspress» mətbəəsinin nəşrdən imtina etməsi olub.

«Xural»a qarşı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Şurasının icraçı katibi Vüqar Səfərli və müğənni Nüşabə Ələsgərli məhkəməyə şikayət etmiş və qəzetin böyük məbləğdə cərimələnməsinə nail olub.

Qəzetin vəkili Elçin Sadıqov Simsar.az-a açıqlamasında bildirdi ki, məhkəmənin 19 oktyabr tarixli qərarından apelyasiya şikayəti verəcəklər: «Biz qanunsuz icra hərəkətlərindən şikayət edəcəyik. Əmlakın müsadirəsi tamamilə qanunsuzdur. 19 oktyabrda verilən məhkəmə qərarı dərhal icraya yönəldilib. Halbuki qərar qüvvəyə mindikdən sonra şikayət vermə müddəti olan on gün başa çatdıqdan sonra icra oluna bilərdi. Baş verənlər birbaşa qəzetin bağlanmasına yönəlmış addımlardır”.

Ölkənin tanınmış ictimai təşkilatları, hüquq müdafiəçiləri, siyasi partiyaları qəzetin əmlakının müsadirə olunmasını pisləyən bəyanatlar veriblər.

Ə.Zeynallı Simsar.az-a açıqlamasında bildirdi ki, «Ekspress» mətbəəsinin qanunsuz addımına görə, fəaliyyətlərini dayandırmaq niyyətində deyillər: «Hazırda mətbəələrin biri ilə danışıqlar aparılır. Çalışırıq ki, mətbə ilə müqavilə bağlayaq. Texniki səbəblərdən qəzet 3-4 gün nəşr olunmayacaq. Ancaq bu əzmdəyik ki, qəzetin nəşrini davam etdirək».

RUSLAN






22 Oktyabr, 2011  14:46 Baxılıb: 1041 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner