Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Çingiz Qənizadəyə yazığım gəlir” – Cavab haqqı

Eynulla Fətullayev millət vəkilinin özünü keçmiş prokuror kimi apardığını deyir

“Çingiz Qənizadənin barəmdəki yazısı məndə gülüş doğurdu. Yazı savadsız, zəif «arqumentlər»lə doludur. Başa düşmədim ki, deputat nə demək istəyir. Ona yazığım gəlir. Nə danışdığını heç özü də bilmir”.

Bunu tanınmış jurnalist, “İnsan Hüquqları uğrunda” İctimai Birliyinin sədri Eynulla Fətullayev millət vəkili Çungiz Qənizadənin ittihamlarına cavab olaraq bildirib.

Ç.Qənizadə bir neçə gün öncə mətbuata siyasi məhbuslarla bağlı layihə həyata keçirən “İnsan Hüquqları uğrunda” İctimai Birliyi ilə Norveçin Xarici İşlər Nazirliyi arasında bu günlərdə bağlanmış sazişin əhəmiyyətini aşağılayan yazı ilə çıxış edib.

Məlumat üçün bildirək ki, layihə çərçivəsində siyasi məhbuslarla bağlı vahid informasiya bazası yaradılacaq.

Ç.Qənizadənin ilk arqumentlərindən biri odur ki, bu gün dünyada siyasi məhbusları müəyyənləşdirmək mümkün olmadığından, E.Fətullayev də bu işi bacara bilməyəcək.

Daha sonra deputat Fətullayevi donosbazlıqda ittiham edib: «Üç ay bundan öncə Avropa Şurasında olarkən AŞ rəsmiləri ilə görüşdə onlar bizə (Səidə xanım, Novella xanım, Səadət xanim və mənə) bildirdilər ki, Eynulla Fətullayev görüş zamanı Sizin haqqınızda donos xarakterli məlumatlar verir. Biz buna əhəmiyyət verməsək də indi məlum olur ki, o, hüquq müdafiəçisi olmaq istəyirmiş».

E.Fətullayev bizimlə söhbətində qeyd etdi ki, o, hələ həbsxanada olanda hüquq müdafiəçilərini fəaliyyətsizlikdə, hakimiyyətin maraqlarına xidmət etməkdə ittiham edib: “Axı Çingiz kimdi ki, indii mənim fəaliyyətimi şərh edir. Mənim fəaliyyətim, xaricə səfərlərim, ayrı-ayrı təşkilatlarla əməkdaşlıq qurmaların mənim uğurumdur. Buna sevinmək lazımdır. Qısqananlar varsa, qoy qısqansınlar. Uduzacaqlar».

E.Fətullayev əlavə etdi ki, Qənizadə özünü keçmiş prokurorlar kimi aparır: «Əvvəllər prokurorlar qapı-qapı düşüb ondan-bundan pul alırdı, rüşvət yığırdılar. Görünür, Qənizadənin həmin günləri yadına düşüb. Sakit dayana bilmir. Sifarişlə hər gün günahsız insanlara qarşı hücuma keçir. Bir daha deyirəm, ona yazığım gəlir. Görmüşük, adam yaşlandıqca ziyalılaşar, müdrükləşər, amma Qənizadənin timsalında bunun əksini görürük».

RAMİL








22 Oktyabr, 2011  14:39 Baxılıb: 949 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner