Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Müəmmar Qəddafinin həyatının son günləri əzablı olub

«Siz yalan məlumatlar verirdiniz və bunlar Qəzzafiyə əzab verirdi»

«Müammərrr Qəzzafi Liviyada baş verənlərlə bağlı çox əzab çəkirdi, amma öz həyatı üçün heç qorxmurdu». Bu sözləri keçmiş Liviya liderinin Təhlükəsizlik Xidmətinin rəhbəri Mənsur Dao «Əl-Ərəbiyyə» telekanalına verdiyi müsahibəsində deyib.

Qəzzafin qohumu olan Dao dünən cümə axşamı üsyançılar tərəfindən həbs edilib. Lifiyanı 42 il idarə edən Qəzzafi öz doğma Siirt şəhərinqə öldürülüb. Daonu əsir götürdükləri zaman Qəzzafini qospitala çatdırmağa çalışırmışlar. Qara polkovnik başından yaralanıbmış.

Daonun sözlərinə görə Qəzzafi Tripoli üsyançılara təslim olduqdan sonra Siirtdə olub. Amma o döyüşlərə rəhbərlik etməyib. Ümumi rəhbərliyi onun oğlu Mütəsim həyata keçirib. Qəzzafi son anlarda tərəfdarlarının Siirti tərk etməsinə mane olmayıb, əksinə istəyib ki, dinc əhali şəhəri tərk etsin və onlar ağlıq çəkməsinlər.

Əsir general bildirib ki, Qəzzafi və onun yaxın silahdaşları son ana qədər Siirtin adi evlərində yaşayıblar. Qəzzafinin «Ər-Ray» telekanalında yayımlanan müraciətləri isə sputnik telefonu vasitəsi ilə ötürülürmüş.

Qəzzafi yaralandığı zaman onlar mühasirəni yarıb yaxıınlıqdakı Cərif rayonuna keçmək istəyirmişlər və burda onlar üsyançıların mühasirəsinə düşüblər: «Bizim bütün maşınlarımız sıradan çıxarıldı. Biz piyada Cərifə doğru irəliləyirdik. Mən, Qəzzafi və Müdafiə Naziri. Bizimlə birlikdə kiçik mühafizə dəstəsi vardı. Sonra mən yaralandım və huşumu itirdim. Bundan sonra nə olduğunu bilmirəm».

Dao bildirib ki, qəzzafi son ana qədər çox sakitdi və qaçınılmaz olan ölümdən, ya da əsirlikdən heç qorxmurdu.

Əsir generalın bildirdiyinə görə Qəzzafi baş vkerənlərə vəböyük itkilərə görə əzab çəkirdi: «Siz yalan məlumatlar verirdiniz. İddia edirdiniz ki, biz hadisələrin gedişatı zamanı 50 min adam öldürmüşük. Bu yalandı və bunlar Qəzzafiyə əzab verirdi».






21 Oktyabr, 2011  20:08 Baxılıb: 871 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner