Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İranlı ayətullah Azərbaycanı hədələdi, cavabını da aldı

Nasir Məkarim Şiraziyə "get öz işinlə məşğul ol" komandası verildi

Simsar.az-ın İran KİV-nə istinadən verdiyi məlumata görə, müsəlman-şiələrin təqlid mərcəyi hesab olunan bu şəxs Qum şəhərində “Əzəm” məscidində keçirilən xütbədə Azərbaycanda islamofobiya hallarının artdığını əsas gətirərək, dövlət rəsmilərinə xəbərdarlıq edib: “Azərbaycan rəsmiləri region hadisələrindən ibrət almalıdırlar. Azərbaycan Respublikası əhalisi demək olar ki, şiə müsəlmanlarıdır. Amma, bir müddətdir ki, Azərbaycan hökuməti məscidləri dağıdır və insanlara hücum edir”.

O, Azərbaycanda İslamla bağlı təqlid ədəbiyyatının - risalələrin yayılmasına da qadağa qoyulduğunu diqqətə çatdıraraq, deyib ki, son zamanlar məktəblilər və dövlət işçilərinin məscidlərə buraxılmaması haqda göstəriş verilib: “Sanki Bakı rəsmiləri qəflət yuxusundadırlar. Azərbaycanın imanlı xalqı bu vəziyyətin davam etməsinə icazə verməyəcək”.

Ayətullah onu da bildirib ki, imamların (ə) göstərişlərinə əməl etməmək, peyğəmbərin (s.ə.s) göstərişlərinə əməl etməmək, peyğəmbərin (s.ə.s) göstərişlərinə əməl etməmək isə Allaha itaət etməmək deməkdir.

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu isə APA-ya açıqlamasında Şirazinin fikirlərinin yanlış və qərəzli olduğunu bildirib. O deyib ki, Azərbaycan İslamı sevir və bunu əməlləri ilə sübut edib: “Çar Rusiyası və Sovet İttifaqı dövründə Azərbaycan xalqının başına nə qədər oyunlar açsalar da, bu millət dilini və dinini qoruyub saxladı. Azərbaycanı narahat edən İslam yox, bu adla Azərbaycan göndərdiyi fars millətçilərinə xidmət edən şəxslərdir. Bu gün İrandakı İslam fars dövlətçiliyinə xidmət edir. Ona görə bu, rədd olunub, bundan sonra da rədd olunacaq”.

Politoloq qeyd edib ki, regionda baş verənlərdən ibrət götürməli olan ölkə İrandır.






21 Oktyabr, 2011  20:01 Baxılıb: 1108 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner